ABŞ Prezidenti Donald Tramp İranın aktivlərinin dondurulmasının və müqavilə bağlanmazdan əvvəl ona qarşı sanksiyaların ləğvi barədə danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri "NBC" telekanalına müsahibəsində danışıb.
Amerikalı siyasətçi müvafiq suala mənfi cavab verib. Lakin o, İslam Respublikasının aktivlərinin dondurulmasının və ona qarşı məhdudiyyətlərin ləğv edilməsinin Vaşinqtonla Tehran arasında saziş imzalandıqdan sonra, əgər İran "yaxşı iş" ortaya qoysa, baş tuta biləcəyini istisna etməyib.
Bundan əvvəl media orqanları ABŞ-ın İran aktivlərini Fars körfəzindəki müttəfiqlərinə vermək niyyətində olduğunu öyrənmişdi.
Mənbənin sözlərinə görə, bu vəsaitlər həmin dövlətlərin bərpasına və Tehranın gələcəkdə vura biləcəyi zərərin aradan qaldırılmasına yönəldiləcək.
Bizim.Media

































































































