ABŞ-nin dövlət katibi Marko Rubio yaxın vaxtlarda Ukraynadakı müharibənin dayandırılması ehtimalının olduqca aşağı olduğunu bəyan edib.
Bizim.Media xəbər verir ki, Nümayəndələr Palatasında keçirilən dinləmələrdə çıxış edən dövlət katibi bu vəziyyəti tərəflərin mövqeyi ilə əlaqələndirib.
Rubionun sözlərinə görə, hazırda münaqişə tərəflərindən heç biri sülh sazişinin bağlanması üçün tələb olunan güzəştlərə getməyə hazır deyil.
"Hazırkı məqamda sülh şansları o qədər də yüksək görünmür", — deyə ABŞ xarici siyasət idarəsinin rəhbəri konqresmenlər qarşısında çıxışı zamanı vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:27 / 04.06.2026
Rubio: "Sülh şansları yüksək deyil" – VİDEO
Hazırda oxunan: Rubio: "Sülh şansları yüksək deyil" – VİDEO
Hazırda oxunan: Rubio: "Sülh şansları yüksək deyil" – VİDEO
617127
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































