Pişiyinə yem alandan sonra MİLYONÇU OLDU

Pişiyinə yem alandan sonra MİLYONÇU OLDU

Hazırda oxunan: Pişiyinə yem alandan sonra MİLYONÇU OLDU

616858

ABŞ-ın Cənubi Karolina ştatının sakini endirimdə olan pişik yemini almaq üçün mağazaya yollanıb və gözlənilmədən milyonçuya çevrilib.

Bizim.Media xəbər verir ki, bu barədə UPI agentliyi məlumat yayıb.

Blaffton şəhərindən olan qadın bildirib ki, axşam vaxtı yemi endirimlə almaq üçün supermarketə gedib.

Onun sözlərinə görə, özünü çox yorğun hiss edib və bağlanmasına az qalmış mağazaya çatıb. Belə ki, pişik yemini aldıqdan sonra kassada olarkən bir neçə lotereya bileti də almaq qərarına gəlib.
 

"Əgər məndən əvvəl növbədə bir nəfər olsaydı, yəqin ki, bilet almağa vaxtım olmayacaqdı", - deyə o etiraf edib.


Evə gəldikdə qadın biletin qoruyucu təbəqəsini pozmağa başlayıb və biletlərdən birinin ona 1 milyon dollar məbləğində baş mükafat qazandırdığını görüb.

Qazanılan pullarla nə etməyi planlaşdırdığı barədə suala amerikalı qadın pulları saxlamaq və uğuru haqqında ətrafdakılara heç nə deməmək niyyətində olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO