Ebola təhlükəsi - Avstriya sakinində də simptomlar aşkarlandı

Ebola təhlükəsi - Avstriya sakinində də simptomlar aşkarlandı

Hazırda oxunan: Ebola təhlükəsi - Avstriya sakinində də simptomlar aşkarlandı

615963

Uqandadan Avstriyaya gələn turist "Ebola" simptomları ilə xəstəxanaya yerləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə "Kronen Zeitung" qəzeti Avstriya Dövlət Səhiyyə İdarəsinin açıqlamasına istinadən məlumat yayıb.
 

"Dünən Urfahr-Umgebung rayonunun sakini xəstəliyin simptomları səbəbindən stasionar müayinə üçün xəstəxanaya yerləşdirilib. Bu şəxs Uqandadan qayıtdığı üçün təcrid olunub və tibbi tövsiyələrə uyğun olaraq müalicə alır", - deyə açıqlamada bildirilib.


Əgər həkimlər turistdə Ebola virusu aşkarlandığını təsdiqləsələr, bu, hazırkı epidemiya dövründə Avropada virusa ilk yoluxma halı olacaq.

Xatırladaq ki, bir neçə Afrika ölkəsində “Ebola” yayılıb və bəzi ölkələr sərhədlərini bağlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da bununla narahatlığını ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO