Azyaşlı yeniyetmə parlamentə seçilmək istəyib – DETALLAR

Azyaşlı yeniyetmə parlamentə seçilmək istəyib – DETALLAR

Hazırda oxunan: Azyaşlı yeniyetmə parlamentə seçilmək istəyib – DETALLAR

615534

Nigeriyada cırtdanboyluqdan əziyyət çəkdiyini iddia edən siyasətçi, yaşı ilə bağlı fırıldaqçılıq ittihamlarının fonunda parlament seçkilərindəki namizədliyini geri götürüb.

Bizim.Media xəbər verir ki, bu barədə Böyük Britaniyanın məşhur "Daily Star" qəzeti məlumat yayıb.

Nəşrin yaydığı məlumata görə, Mahmud Sadis Buba adlı şəxs xarici görünüşünün uşağa bənzəməsini irsi cırtdanboyluqla əlaqələndirərək, hazırda 30 yaşının olduğunu iddia edib.

Lakin bu yaxınlarda onun şəbəkəyə sızan pasport qeydləri tam fərqli mənzərəni ortaya qoyub. Rəsmi sənədə əsasən, Bubanın əslində 16 yaşından kiçik (azyaşlı) olduğu ehtimal edilir.
 

Qeyd olunur ki, Buba ölkənin nüfuzlu APC partiyasından Nigeriya Milli Assambleyasının (parlament) üzvlüyünə namizədliyini irəli sürübmüş və indiyədək tərəfdarlarına öz xarici görünüşü ilə fəxr etdiyini bildirib.


"Ailəmlə, siyasi həmkarlarımla və böyük partiyamızın maraqlı tərəfləri ilə apardığım uzunmüddətli məsləhətləşmələrdən sonra bu qərarın APC-nin ən ali maraqlarına cavab verdiyini düşünərək namizədliyimi geri götürdüm", — deyə Buba özünün "Facebook" hesabında yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO