SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb - VİDEO

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb - VİDEO

Hazırda oxunan: SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb - VİDEO

615147

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı nümayəndəliyinin yanacaqdoldurma məntəqələrinin yarısında hava hücumu həyəcanı zamanı müştərilərin təhlükəsizliyini təmin etmək məqsədilə sığınacaqların yaradılması başa çatdırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "SOCAR Ukraine"in mətbuat xidmətindən məlumat verilib.
 

Məsələ ilə bağlı Baku TV-nin videomaterialında qeyd olunub ki, artıq Odessa, Nikolayev, Lvov, Dnepr, Jitomir, Çerkassı şəhərlərində yerləşən SOCAR-ın yanacaqdoldurma məntəqələrində sığınacaqlar yaradılıb. Bunkerlərdən hava hücumu siqnalı zamanı istifadə edilə bilər.


Tikililər yanacaqdoldurma məntəqələrinin yaxınlığında yerləşir və onların şəbəkəsi genişlənir.

Bundan başqa, SOCAR-ın Odessa və Lvovda yerləşən anbarlarında da belə sığınacaqlar inşa olunub.

"Yaxın zamanlarda isə SOCAR-ın ölkə üzrə bütün yanacaqdoldurma məntəqələrində sığınacaqların yaradılması başa çatdırılacaq", - deyə qurumun mətbuat xidmətindən bildirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO