Şahbaz Şərif Çinə gedib

Şahbaz Şərif Çinə gedib

Hazırda oxunan: Şahbaz Şərif Çinə gedib

614986

Pakistanın Baş naziri Şahbaz Şərif Çində rəsmi səfərdədir.

Bizim.Media xəbər verir ki, bu barədə Pakistan Baş nazirinin dəftərxanası məlumat dərc edib.

Pakistan nümayəndə heyətinin tərkibinə həmçinin xarici işlər naziri Məhəmməd İshaq Dar da daxildir.

 

XİN başçısı "X" hesabında qeyd edib ki, Pakistanın Baş naziri Xançjouda Çjetszyan əyalətinin partiya rəhbərliyi ilə görüşəcək.


Şərif həmçinin Pakistan və Çin şirkətləri arasında əməkdaşlığın inkişafı məqsədilə təşkil olunmuş biznes-forumda iştirak edəcək.

Bundan başqa, Pakistan Baş nazirinin iri Çin şirkətlərinin rəhbərləri ilə görüşləri olacaq.

Qeyd edək ki, Şərifin Çinə səfəri mayın 26-dək davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO