ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri Tehran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ərazisinə 3300-ə yaxın raket və pilotsuz uçuş aparatı (PUA) buraxıb.
Bizim.Media xəbər verir ki, bunu BƏƏ prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş bəyan edib.
"İranın hücumu bizim üçün ən pis ssenari idi, lakin mən hesab edirəm ki, biz bunun öhdəsindən çox yaxşı gəldik. Biz kifayət qədər etibarlı, çoxsəviyyəli hava hücumundan müdafiə sistemi qurduq. Müharibənin 40 günü və ondan sonrakı müddət ərzində BƏƏ-ni hədəf alan (İran) raketlərinin və dronlarının ümumi sayı təxminən 3 300-dür", - deyə o, Praqada keçirilən GLOBSEC Forum-un beynəlxalq təhlükəsizlik konfransında bildirib.
Qarqaşın iddiasına görə, bu raket və PUA-ların yalnız təxminən 4%-i BƏƏ ərazisindəki hədəflərə çata bilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:47 / 22.05.2026
BƏƏ: "İran ərazimizə 3 300 raket və PUA atıb"
Hazırda oxunan: BƏƏ: "İran ərazimizə 3 300 raket və PUA atıb"
Hazırda oxunan: BƏƏ: "İran ərazimizə 3 300 raket və PUA atıb"
614877
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































