Ərdoğan Trampla DANIŞDI: Atəşkəsin uzadılması...

Ərdoğan Trampla DANIŞDI: Atəşkəsin uzadılması...

Hazırda oxunan: Ərdoğan Trampla DANIŞDI: Atəşkəsin uzadılması...

614456

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Prezidenti Donalt Tramp ilə telefonla danışıb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

Qeyd olunub ki, liderlər ölkələr arasında mövcud münasibətləri, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

Türkiyə lideri ABŞ-nin İranla atəşkəsin uzadılması qərarını müsbət bir addım kimi qiymətləndirib, mübahisəli məsələlərdə ağlabatan həll yolunun mümkünlüyünə dərindən inandığını və ortaya qoyulan konstruktiv təşəbbüslərə dəstəyini davam etdirəcəyini ifadə edib.
 

Ərdoğan həmçinin Suriyada sabitlik mühitinin bərqərar olmasının bütün region üçün mühüm bir nailiyyət olduğunu, Ankaranın Dəməşqə yönəlmiş dəstəyinin fasiləsiz davam edəcəyini, həmçinin Livandakı vəziyyətin pisləşməsinin qarşısının alınmasının vacibliyini qeyd edib.


Türkiyənın dövlət başçısı həmçinin, ABŞ-nin San-Dieqo şəhərindəki məscidlərdən birinə edilən hücumla bağlı Trampa başsağlığı verib və Ankaranın hansı dini qrupa qarşı törədilməsindən asılı olmayaraq, bu növ nifrət cinayətlərinə qətiyyətlə qarşı olduğunu vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO