
- A-
- A
- A+
Moskva ilə Pekin arasında Bəyannamə imzalandı – VİDEO
Rusiya və Çin münasibətləri yeni zirvəyə yüksəlir.
Bizim.Media xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Sədri Si Cinpin bəyan edib.
Çin liderinin bəyanatlarından irəli gələn əsas məqamlar aşağıdakılardır:
Danışıqların xarakteri: Si Cinpin Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqları səmimi, dostyana və məhsuldar adlandırıb.
Qlobal təhdidlər: O, beynəlxalq arenada yenidən "cəngəllik qanunları dünyası"na qayıdış təhlükəsinin mövcud olduğunu vurğulayıb.
BMT-nin rolu və hegemonluq: Rusiya və Çin BMT-nin nüfuzunu qətiyyətlə qoruyacaq və hər cür hegemonluq təzahürlərinə qarşı birgə müqavimət göstərəcəklər.
Qarşılıqlı dəstək: Rusiya və ÇXR hər iki tərəfin fundamental və həyati maraqlarına toxunan məsələlərdə bir-birini dəstəkləməyə davam etməlidir.
Strateji tərəfdaşlıq: Rusiya və Çin bir-biri üçün etibarlı strateji dayaq rolunu oynamalıdır.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































