“Ebola”ya yoluxan amerikalı həkim Berlinə gətiriləcək

“Ebola”ya yoluxan amerikalı həkim Berlinə gətiriləcək

Hazırda oxunan: “Ebola”ya yoluxan amerikalı həkim Berlinə gətiriləcək

614240

Konqoda “Ebola” epidemiyasına yoluxan amerikalı missioner Piter Stafford Berlinin "Charite" klinikasında müalicə olunacaq.

Bizim.Media "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Almaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
 

"ABŞ ilə müqayisədə uçuş müddətinin qısa olması səbəbindən, Amerika rəsmiləri Konqo Demokratik Respublikasında “Ebola” qızdırmasına yoluxan ABŞ vətəndaşının müalicəsi üçün Almaniya hökumətinə kömək məqsədilə müraciət ediblər. Pasiyent xəstəxananın xüsusi izolyasiya şöbəsinə yerləşdiriləcək", — deyə qurumun bəyanatında bildirilir.


Dəqiqləşdirilir ki, həmin şəxs tibb müəssisəsinə yüksək dərəcədə yoluxucu pasiyentlərin daşınması üçün nəzərdə tutulmuş xüsusi təyyarə ilə gətiriləcək.

Həkim hava limanında xüsusi sanitar avtomobilə köçürülərək klinikaya çatdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO