BƏƏ-də AES-ə zərbə endirildi

BƏƏ-də AES-ə zərbə endirildi

Hazırda oxunan: BƏƏ-də AES-ə zərbə endirildi
613707
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Zafra rayonunda yerləşən “Baraka” Atom Elektrik Stansiyasının daxili perimetrindən kənarda elektrik generatorunda yanğın baş verib.

Bizim.Media BƏƏ-nin xəbər agentliyinə istinadla bildirir ki, hadisə pilotsuz uçuş aparatının (PUA) hücumu nəticəsində baş verib. Aidiyyəti qurumlar insident zamanı xəsarət alanların olmadığını və radiasiya təhlükəsizliyi səviyyəsində hər hansı dəyişiklik qeydə alınmadığını bildiriblər.

Hücumun kim tərəfindən edildiyi barədə məlumat verilməyib. Qeyd olunub ki, hadisədən dərhal sonra bütün zəruri ehtiyat tədbirləri görülüb. Xüsusi təyinatlı fövqəladə hallar qrupları yanğını qısa müddətdə lokallaşdıraraq tam nəzarətə götürüb. Hazırda vəziyyət nəzarətdə saxlanılır və stansiyanın, eləcə də ətraf ərazilərin təhlükəsizliyinin təmin olunması istiqamətində monitorinq davam etdirilir.

BƏƏ-nin Federal Nüvə Tənzimləmə Qurumu da yaydığı bəyanatda yanğının stansiyanın təhlükəsizliyinə və əsas sistemlərin fəaliyyətinə təsir göstərmədiyini vurğulayıb. Bildirilib ki, stansiyanın bütün enerji blokları normal rejimdə və beynəlxalq təhlükəsizlik standartlarına uyğun şəkildə fəaliyyətini davam etdirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO