Rusiya səmasında 500-dən çox PUA vurulub - Moskvada aeroportlar işləmir

Rusiya səmasında 500-dən çox PUA vurulub - Moskvada aeroportlar işləmir

Hazırda oxunan: Rusiya səmasında 500-dən çox PUA vurulub - Moskvada aeroportlar işləmir

613659

Hava hücumundan müdafiə sistemləri gecə saatlarında Rusiyanın bölgələri üzərində 556 Ukrayna dronunu, o cümlədən Moskvaya yaxınlaşan 100-dən çox PUA-nı məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti və Moskva meri Sergey Sobyanin məlumat verib.

Uçuş təhlükəsizliyini təmin etmək üçün Şeremetyevo, Vnukovo, Domodedovo və Jukovski hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, 93 uçuş təxirə salınıb və Şeremetyevodan daha iki uçuş Nijni Novqoroda yönləndirilib.
 

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Moskva bölgəsindəki ən böyük dron hücumlarından biri nəticəsində üç nəfərin öldüyünü və beş nəfərin yaralandığını bildirib. Ximkidə dron şəxsi evə dəydikdən sonra bir qadın ölüb, daha bir nəfər isə dağıntılar altında qalıb. Mıtişidəki Poqorelki kəndində isə vurulan dronun qalıqları tikilməkdə olan evin üzərinə düşüb və nəticədə iki kişi ölüb.


Sergey Sobyaninin sözlərinə görə, Moskva və Moskvaətrafı bölgədə baş verən dron hücumunda 12 nəfər yaralanıb. Həmçinin üç yaşayış binasına və istehsalat zavoduna ziyan dəydiyi, tikinti işçilərinin xəsarət aldıqları bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO