Yeni sürət qatarı xətti 6 şəhəri BİRLƏŞDİRƏCƏK

Yeni sürət qatarı xətti 6 şəhəri BİRLƏŞDİRƏCƏK

Hazırda oxunan: Yeni sürət qatarı xətti 6 şəhəri BİRLƏŞDİRƏCƏK

613543

Avropada yeni yüksək sürətli qatar xəttinin istifadəyə verilməsi planlaşdırılır.

Bizim.Media “musavat.com”a istinadla xəbər verir ki, Almaniyanın Köln şəhəri ilə Belçikanın Antverpen şəhərini birləşdirəcək yeni birbaşa ICE xətti 7 sentyabr 2026-cı ildə fəaliyyətə başlayacaq. Bu marşrut iki şəhər arasında ilk birbaşa ICE reysi olacaq.

Layihə Almaniyanın dəmir yolu şirkəti olan Deutsche Bahn ilə Belçikanın milli dəmir yolu operatoru SNCB əməkdaşlığı çərçivəsində həyata keçirilir. Yeni xətt Köln, Aachen, Liège, Leuven, Brüssel və Antverpen şəhərlərini bir-birinə bağlayacaq.

Məlumata görə, qatarlar gündə qarşılıqlı olaraq iki dəfə hərəkət edəcək. Köln–Antverpen marşrutu üzrə səfər müddətinin təxminən 2 saat 25 dəqiqə olacağı gözlənilir.

Bilet qiymətləri hələ rəsmi açıqlanmasa da, mövcud Köln–Brüssel tariflərinə əsasən erkən rezervasiya biletlərinin 35–55 dollar, standart biletlərin isə 75–140 dollar arasında dəyişəcəyi ehtimal edilir.

Yeni marşrutun Avropada turizm və şəhərlərarası nəqliyyatı canlandıracağı bildirilir. Xətt xüsusilə tarixi və mədəni şəhərlərə rahat çıxış imkanı yaratdığı üçün turistlər üçün də cəlbedici hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO