Trampın Kiyevə raket zərbəsinə REAKSİYASI: "Rüsvayçılıqdır!"

Trampın Kiyevə raket zərbəsinə REAKSİYASI: "Rüsvayçılıqdır!"

Hazırda oxunan: Trampın Kiyevə raket zərbəsinə REAKSİYASI: "Rüsvayçılıqdır!"

613411

ABŞ Prezidenti Donald Tramp mayın15-i verdiyi açıqlamada ehtimal edib ki, Rusiyanın Kiyevdə 24 nəfərin ölümü ilə nəticələnən yaşayış binasına raket zərbəsi Mosvkanın Ukraynadakı müharibəsini sülh yolu ilə nizamlanması üzrə axtarış səylərini boşa çıxara bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" xəbər verir.

Çindən geriyə qayıdarkən təyyarə göyərtəsində jurnalistlərlə söhbəti zamanı, Tramp Rusiya-Ukrayna savaşını indiyədək "mənasız qanlı qırğın" adlandırdığını deyib.

O bu münaqişəni Çin sədri Si Cinpin ilə müzakirə etdiyini və hər iki liderin hərbi əməliyyatların dayandırılmasını istədiklərini bildirib.

"Biz bu məsələnin həll olunmasını istərdik. Dünyada dünən axşama qədər hər şey yaxşı görünürdü, lakin keçən gecə onlar (ukraynalılar-red.) ağır zərbə aldılar. Deməli, bu (müharibənin bitməsi-red.) baş verəcək. Amma bu, rüsvayçılıqdır", – deyə Rusiyanın hücumunu nəzərdə tutan Tramp qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO