Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını DÖYDÜ

Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını DÖYDÜ

Hazırda oxunan: Türkiyədə azərbaycanlı xəstə baxıcısı 88 yaşlı qadını DÖYDÜ

613313

Türkiyənin Samsun vilayətinin İlkadım rayonunda baxdığı 88 yaşlı qadına qarşı zorakılıq tətbiq etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanılıb.

Bizim.Media “Yeni Şafak” nəşrinə istinadla xəbər verir ki, xəstə baxıcısı kimi çalışan 63 yaşlı S.G.-nin Parkinson xəstəsi olan 88 yaşlı S.D.-yə qarşı zorakılıq etdiyi iddiası əsasında polis araşdırmalara başlayıb.
 

Saxlanılan qadın daha sonra məhkəməyə çıxarılıb. Samsun Respublika Baş Prokurorluğu tərəfindən “qəsdən xəsarət yetirmə” maddəsi ilə aparılan istintaq çərçivəsində onun həbs edilməsi tələb olunub.


Lakin S.G. məhkəmədə ittihamları qəbul etməyib. O bildirib ki, təxminən iki aydır yaşlı qadına qulluq edir və həmin şəxsin bəzən gecələr yataqdan yıxılır.

Şübhəli son olaraq mayın 3-də qadının yerə yıxıldığını gördüyünü, üz nahiyəsindəki göyərmələrin də həmin yıxılma nəticəsində yarandığını iddia edib. O, yaşlı qadına qarşı pis rəftar etmədiyini bildirərək azadlığa buraxılmasını istəyib.

Məhkəmə S.G. barəsində ölkədən çıxış qadağası və həftədə bir dəfə polis bölməsində qeydiyyata düşmək şərti ilə azadlığa buraxılma qərarı verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO