Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO

Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO

Hazırda oxunan: Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO
613034
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya ordusu mayın 14-nə keçən gecədən etibarən Ukraynanın paytaxtı Kiyev şəhərinə kütləvi hava zərbələri endirir.

Bizim.Media xəbər verir ki, gecə saatlarından Kiyevdə partlayış səsləri eşidilib, hava hücumundan müdafiə sistemləri işə düşüb.

Hava hücumu zamanı ballistik və qanadlı raketlərdən və zərbə dronlarından istifadə edilir. Kiyevin bir çox ərazilərində dağıntılar qeydə alınıb.
 

Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində bildirib ki, Rusiyanın paytaxta hava hücumu nəticəsində yeddi rayonda dağıntılar qeydə alınıb. Evlərə və hündürmərtəbəli binalara, avtomobillərə, qeyri-yaşayış obyektlərinə ziyan dəyib. Darnitski rayonunda yaşayış binasındakı tikililər uçub. İnsanlar dağıntılar altında qalıb.


Hazırda Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları dağıntılar altında qalan insanların həyatını xilas etmək üçün səfərbər olublar.

Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko isə məlumat verib ki, paytaxta edilən hava hücumu zamanı 16 nəfər xəsarət alıb, bir nəfər həlak olub.

Hazırda hava həyəcanı siqnalı davam edir.

Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO - foto 1
Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO - foto 2
Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO - foto 3
Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO - foto 4
Kiyevə kütləvi hava zərbələri – Ölən və yaralılar var – FOTO - foto 5

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO