Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

Hazırda oxunan: Tramp 250 nəfəri əfv etmək istəyir - ABŞ-ın yubileyində...

613012

ABŞ Prezidenti Donald Tramp iyulun 4-də qeyd olunacaq Birləşmiş Ştatların yaradılmasının 250 illik yubileyi şərəfinə 250 əfv fərmanı imzalamaq niyyətindədir.

Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Mənbələr belə bir planın Ağ Evdə hələlik ilkin müzakirə mərhələsində olduğunu qeyd edirlər.
 

Nəşr bu planı "kralların və papaların ənənəvi olaraq 'yubiley' illərini əfv və günahların bağışlanması ilə qeyd etməsi" üsulu ilə müqayisə edir.


Mənbələrin məlumatına görə, cənab Tramp bu əfvləri iyunun 14-də elan edə bilər. Həmin tarixdə ABŞ-da Bayraq Günü qeyd olunur, həmçinin Donald Tramp öz ad gününü qeyd edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO