Hantavirusun hansı heyvandan keçdiyi BİLİNDİ – Bu ölkələrdə olur - FOTO

Hantavirusun hansı heyvandan keçdiyi BİLİNDİ – Bu ölkələrdə olur - FOTO

Hazırda oxunan: Hantavirusun hansı heyvandan keçdiyi BİLİNDİ – Bu ölkələrdə olur - FOTO

612843

Hantavirusun təhlükəli ştammı olan Andes virusunun əsas təbii daşıyıcısı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rospotrebnadzor (Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti) məlumat yayıb.

Məlumata görə, hantavirusun bir növü olan Andes virusunun təbii daşıyıcısı Çili və Argentinada olan cırtdan siçanlardır.
 

Bildirilib ki, gəmirici Rusiyada həyata uyğunlaşmayıb, çünki yerli iqlim onun üçün əlverişsizdir. Bu, Rusiyada bu tip virusun peyda olma riskini azaldır.


Hantaviruslar, əsasən yoluxmuş gəmiricilərin qurudulmuş nəcisindən, sidikindən və ya tüpürcəyindən aerozolların inhalyasiyası yolu ilə insanlara ötürülən bir qrup virusdur.

Hantavirusların yaratdığı xəstəliklər iki əsas formada baş verə bilər: böyrək sindromlu hemorragik qızdırma (əsasən Avropa və Asiyada) və Şimali və Cənubi Amerikada rast gəlinən hantavirus ürək-ağciyər sindromu (HPS). HPS-dən ölüm nisbəti 30-40%-ə çata bilər. And virusu insandan insana ötürülmə yolu ilə yayıldığı bilinən yeganə hantavirusdur.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO