Tramp Si Cinpindən bunu XAHİŞ EDƏCƏK

Tramp Si Cinpindən bunu XAHİŞ EDƏCƏK

Hazırda oxunan: Tramp Si Cinpindən bunu XAHİŞ EDƏCƏK

612830

ABŞ Prezidenti Donald Tramp Çin Sədri Si Cinpinlə danışıqlarda Çin bazarının Amerika şirkətləri üçün daha açıq olmasını istəyəcək.

Bizim.Media xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında yazıb.

O, CNBC telekanalının “Nvidia” rəhbəri Censen Huanın Çin səfəri zamanı prezident nümayəndə heyətinə son anda dəvət edilməsi barədə məlumatını yalan adlandırıb.
 

Tramp bildirib ki, Censen Huan, İlon Mask, “Apple” şirkətindən Tim Kuk, “BlackRock” rəhbəri Larri Fink, “Blackstone” rəhbəri Stiven Şvartsman, “Boeing”dən Kelli Ortberq, “Cargill”dən Brayan Sayks, “Citi”dən Ceyn Freyzer, “GE Aerospace”dən Larri Kalp, “Goldman Sachs”dan Devid Solomon, “Micron”dan Sanjay Mehrotra, “Qualcomm”dan Kriştianu Amon və digər iş adamlarının Çinə səfəri böyük şərəfdir.


ABŞ liderinin sözlərinə görə, o, Si Cinpindən xahiş edəcək ki, bu şirkət rəhbərləri fəaliyyətlərini genişləndirə və Çin Xalq Respublikasının daha yüksək səviyyəyə qalxmasına töhfə verə bilsinlər.

“Üstəlik, söz verirəm ki, sədr Si ilə görüşəndə — bu, bir neçə saatdan sonra baş tutacaq — ilk növbədə məhz bu xahişi irəli sürəcəyəm. Mən inanılmaz ölkələrimiz üçün bundan daha faydalı ideya görməmişəm və eşitməmişəm”, - Tramp qeyd edib.

ABŞ administrasiyasının rəhbəri mayın 13-dən 15-dək Çinə dövlət səfəri edəcək.

Gözlənilir ki, iki ölkə liderləri ticarət, energetika, strateji sabitlik, ABŞ və İsrailin İrana qarşı müharibəsi, eləcə də Tayvan məsələsini müzakirə edəcəklər.

Trampın Pekinə əvvəlki səfəri onun birinci prezidentlik dövründə, 2017-ci ildə baş tutmuşdu.

Dövlət başçılarının son görüşü isə 2025-ci ilin oktyabrında Cənubi Koreyanın Pusan şəhərində, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının sammiti çərçivəsində keçirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO