İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

Hazırda oxunan: İran ABŞ ilə danışıqların bərpası üçün 5 ŞƏRTİNİ açıqladı

612797

İran hakimiyyəti ABŞ-la danışıqları bərpa etmək üçün Vaşinqton qarşısında beş əsas şərt irəli sürüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Fars” agentliyi mənbəyə istinadən məlumat yayıb.
 

Şərtlərə bütün cəbhələrdə, xüsusilə Livanda müharibənin dayandırılması, İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş İran vəsaitlərinin blokdan çıxarılması, müharibənin vurduğu zərərə görə təzminatın ödənilməsi və İranın Hörmüz boğazı üzərində suverenlik hüququnun tanınması daxildir.


Mənbənin sözlərinə görə, bu şərtlər minimum etimad mühitinin yaradılması və danışıqlar prosesinə qayıdış üçün irəli sürülüb.

İran, həmçinin Pakistan vasitəçilərinə bildirib ki, Ərəb dənizi və Oman körfəzi istiqamətində dəniz blokadasının davam etməsi ABŞ-la danışıqlara inamsızlığı daha da artırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO