ÜST: 42 günlük karantin elan edilsin

ÜST: 42 günlük karantin elan edilsin

Hazırda oxunan: ÜST: 42 günlük karantin elan edilsin

612572

And hantavirusunun yayıldığı “MV Hondius” kruiz gəmisindən təxliyə edilən sərnişinlərə 42 günlük karantin tətbiq olunması tövsiyə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Tedros Adhanom Ghebreyesus brifinq zamanı açıqlama verib.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri bildirib ki, mayın 10-dan etibarən sərnişinlərin 42 gün müddətində aktiv nəzarət altında saxlanılması tövsiyə olunur.

O qeyd edib ki, ÜST üzv ölkələrə yalnız tövsiyə verir və bu qərarları məcburi şəkildə tətbiq etmir.

Məlumata görə, göyərtəsində təxminən 150 sərnişinin olduğu “MV Hondius” üç həftə əvvəl Argentinanın Ushuaia limanından yola düşərək Canary Islands istiqamətində hərəkət edib. Sərnişinlərin əksəriyyətinin ABŞ, Böyük Britaniya, İspaniya və Niderland vətəndaşları olduğu bildirilib.

Qeyd edək ki, hantavirus gəmiricilərdən insanlara keçən təhlükəli viruslar ailəsinə daxildir. Virus xüsusilə siçanların sidiyi, tüpürcəyi və ifrazatı ilə təmas nəticəsində yayılır. Xəstəlik ağır ağciyər sindromu və böyrək çatışmazlığı ilə müşayiət olunan hemorragik qızdırma yarada bilər. (Musavat.com)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO