Almaniyanın Müdafiə naziri Putinin sözlərini "aldadıcı manevr" adlandırdı

Almaniyanın Müdafiə naziri Putinin sözlərini "aldadıcı manevr" adlandırdı

Hazırda oxunan: Almaniyanın Müdafiə naziri Putinin sözlərini "aldadıcı manevr" adlandırdı

612528

Almaniyanın Müdafiə naziri Boris Pistorius Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı başladığı müharibənin guya sona yaxınlaşması barədə bəyanatlarını aldadıcı manevr hesab edir.

Bizim.Media xəbər verir ki, bu barədə "DW" nəşri məlumat yayıb.
 

Almaniyalı nazir Kiyevə səfəri zamanı bildirib: "Əgər o, bu müharibənin sonunun yaxın olduğunu görürsə, o zaman müharibəni sadəcə dayandıra bilərdi".


Pistoriusun sözlərinə görə, Putin qoşunlarını Ukraynadan çıxarmaqla və ya Ukraynanı heç bir ilkin şərt qoymadan danışıqlara dəvət etməklə buna nail ola bilərdi. Lakin o, hər zaman olduğu kimi, yenə öz şərtlərini irəli sürür.

Siyasətçinin fikrincə, Putin bu cür bəyanatlarla diqqəti öz zəifliyindən yayındırmağa çalışır, çünki hazırda onun ordusu cəbhədə demək olar ki, heç bir uğur əldə edə bilmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO