Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Hazırda oxunan: Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı
612526
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında mümkün danışıqlar qəfil baş verməyəcək.

Bizim.Media LRT-yə istinadən xəbər verir ki, bu barədə Litvada səfərdə olan Ukrayna rəsmisi Kirill Budanov məlumat verib.
 

"Zelenski və Putin arasındakı danışıqlar ildırım sürəti ilə qəfildən baş tutmayacaq, lakin Rusiya həqiqətən hazırdırsa, Ukrayna da hazır olacaq", – deyə Budanov bildirib.


O, həmçinin Ukraynanın mövqeyini bir daha vurğulayıb:

"Ukrayna dəfələrlə bəyan edib və sübut edib ki, biz müharibənin başa çatmasının və sülhün tərəfdarıyıq. Bu, bizim rəsmi mövqeyimizdir. Biz hərbi əməliyyatların dayandırılmasını istəyirik. Sülh zəiflik deyil, sağlam düşüncənin əlamətidir".

Bu bəyanatlar Slovakiya Baş naziri Robert Fitsonun "əgər Volodimir Zelenski Vladimir Putinlə görüşmək istəyirsə, birbaşa Kreml rəhbəri ilə əlaqə saxlamalıdır" fikrinə cavab olaraq səsləndirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO