Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

Hazırda oxunan: Netanyahu: Müctəba Xameneyi sağdır, amma atasının gücünə sahib deyil”

612397

İsrailin baş naziri Benyamin Netanyah İranın ali rəhbəri Müctəba Xameneyinin vəziyyəti ilə bağlı sualı cavablandırıb.

Bizim.Media xəbər verir ki, o, "CBS News" telekanalının “60 Minutes” verilişinə müsahibəsində Müctəba Xameneyinin sağ olduğunu bildirib.

Netanyahu bildirib ki, onun fikrincə Müctəba Xameneyi sağdır, ancaq vəziyyəti barədə dəqiq məlumat vermək çətindir:
 

“Əgər sağ olub-olmadığını soruşursunuzsa, bəli, düşünürəm ki, sağdır. Ancaq onun vəziyyəti barədə nəsə demək çətindir. O, gizlənir və güc və nüfuz qazanmağa çalışır, amma heç vaxt atasının gücünə və təsirinə sahib olmayacaq” - İsrail Baş naziri qeyd edib.


Nazir əlavə edib ki, bu proses İran rejimi daxilində parçalanmanı və xaosu daha da artırıb və onun sözlərinə görə, bu “o qədər də pis bir şey deyil”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO