Almaniya kansleri Fridrix Merts İsveç hökumətinin rəhbəri Ulf Kristersson ilə keçirdiyi mətbuat konfransında bəyan edib ki, Slovakiyanın Baş naziri Robert Fitsonu Qələbə Günü münasibətilə Moskvaya etdiyi səfərdən sonra ciddi söhbət gözləyir.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” yazır.
Alman siyasətçi əmin edib ki, Fitso ilə Moskvadakı 9 may tədbirləri barədə danışılacaq.
"Biz Avropa Gününü qeyd edirik və bu isə tamamilə başqa məsələdir", — deyə Merts bildirib.
Qeyd edək ki, Slovakiyanın Baş naziri Baltikyanı ölkələrin müqavimətinə baxmayaraq, Qələbə Günü şərəfinə keçirilən paradda iştirak etmək üçün Moskvaya uça bilib. O, Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Siyasətçilər iki dövlət arasındakı münasibətləri, Ukraynadakı münaqişəni və Avropadakı vəziyyəti müzakirə ediblər. Fitsonun ukraynalı həmkarı Volodimir Zelenskidən Rusiya liderinə ismarış çatdıracağı gözlənilsə də, bu baş verməyib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:28 / 09.05.2026
Merts Fitsoya: Moskvadan qayıtsın, onu ciddi söhbət gözləyir!
Hazırda oxunan: Merts Fitsoya: Moskvadan qayıtsın, onu ciddi söhbət gözləyir!
Hazırda oxunan: Merts Fitsoya: Moskvadan qayıtsın, onu ciddi söhbət gözləyir!
612214
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































