Zənginləşdirilmiş uran ABŞ-a APARILDI

Zənginləşdirilmiş uran ABŞ-a APARILDI

Hazırda oxunan: Zənginləşdirilmiş uran ABŞ-a APARILDI

612091

ABŞ və onun tərəfdaşları Venesueladakı "RV-1" tədqiqat reaktorundan zənginləşdirilmiş uranın çıxarılmasını başa çatdırıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Fox News" telekanalı ABŞ Energetika Nazirliyinin nəzdindəki Milli Nüvə Təhlükəsizliyi İdarəsinə (NNSA) istinadən məlumat yayıb.

İdarədən bildiriblər ki, "RV-1" reaktoru 1991-ci ilə qədər fizika və nüvə tədqiqatlarında istifadə olunub. Onun istismarı başa çatdıqdan sonra obyektdə 20 %-dən çox zənginləşdirilmiş 13,5 kq-a yaxın uran qalıb ki, bu da nüvə təhlükəsizliyi baxımından həssas səviyyə hesab olunur.
 

Əməliyyat Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə sıx əməkdaşlıq çərçivəsində Venesuela Elmi Tədqiqatlar İnstitutu (IVIC) ilə birgə həyata keçirilib. Material xüsusi konteynerlərə yerləşdirilərək limana çatdırılıb, daha sonra isə dəniz yolu ilə ABŞ-yə göndərilib.


Mayın əvvəlində yük sonradan emal və təkrar istifadə üçün Cənubi Karolina ştatındakı Savannah River Site obyektinə çatdırılıb.

Rəsmi Karakas bəyan edib ki, nüvə materialının çıxarılmasını sürətləndirmək qərarı ABŞ-nin 2026-cı ilin yanvarında köhnə reaktordan təxminən 50 metr məsafədə yerləşən IVIC obyektinin yaxınlığında keçirdiyi hərbi əməliyyatdan sonra qəbul edilib. Venesuela hakimiyyəti qeyd edib ki, bu, "risk səviyyəsini obyektiv şəkildə artırıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO