Çin məhkəməsi ölkənin keçmiş müdafiə nazirləri Vey Fenhe və Li Şanfu haqqında 2 illik möhlətlə edam cəzası qərarı verib.
Bizim.Media xəbər verir ki, sabiq nazirlər korrupsiya əməllərində təqsirli biliniblər.
Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusunun ali idarəetmə orqanı olan Mərkəzi Hərbi Şuranın intizam və nəzarət qurumu sabiq nazirlər haqqında 2023-cü ildə başladığı təhqiqatı yekunlaşdıraraq, işi hərbi prokurorluğa göndərib.
Keçmiş nazirlər partiya intizamını pozduqlarına görə 2024-cü ilin iyununda Çin Kommunist Partiyasının sıralarından xaric ediliblər. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və külli miqdarda rüşvət almaqda şübhəli biliniblər.
Mərkəzi Hərbi Şura bir müddət əvvəl sabiq nazirləri hərbi xidmətdən kənarlaşdırmaqla yanaşı, onları general rütbəsindən məhrum edib.
Vey Fenhe 2018-ci ilin martından 2023-cü ilin martınadək, Li Şanfu isə 2023-cü ilin martından oktyabrınadək Çinin müdafiə naziri vəzifəsində çalışıblar.
Bizim.Media



































































































