CNN-in qurucusu Ted Törner vəfat etdi

CNN-in qurucusu Ted Törner vəfat etdi

Hazırda oxunan: CNN-in qurucusu Ted Törner vəfat etdi

611598

6 may 2026-cı ildə CNN teleşirkətinin təsisçisi, amerikalı iş adamı və media meneceri Ted Törner 87 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə CNN teleşirkəti "Turner Enterprises" şirkətinin press-relizinə istinadən məlumat yayıb.
 

2018-ci ildə Törner ona beyin xəstəliyi olan “Lewy” cisimcik demensiyası diaqnozu qoyulduğunu açıqlamışdı. 2025-ci ilin əvvəllərində media maqnatı yüngül pnevmoniya xəstəliyi ilə xəstəxanaya yerləşdirilmiş, müalicə aldıqdan sonra sağalmışdı. 


Qeyd edək ki, Ted Törner 1938-ci il noyabrın 19-da ABŞ-ın Ohayo ştatının Sinsinati şəhərində reklam agentliyinin sahibinin ailəsində anadan olub.

1980-ci ildə o, CNN (Cable News Network) sutkasının 24 saatı yayımlanan informasiya kabel telekanalını yaradıb, onun əsas xüsusiyyəti xəbərlərin operativ ötürülməsi, sonradan isə xəbərlərin real vaxt rejimində yayımlanması olub.

Törnerin beş övladı, on dörd nəvəsi və iki nəticəsi var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO