İranda xarici dövlətlərlə əlaqəsi olan 22 nəfərin aktivləri müsadirə edildi

İranda xarici dövlətlərlə əlaqəsi olan 22 nəfərin aktivləri müsadirə edildi

Hazırda oxunan: İranda xarici dövlətlərlə əlaqəsi olan 22 nəfərin aktivləri müsadirə edildi

611296

İranda xarici dövlətlərlə əlaqədə ittiham olunan onlarla şəxsin aktivləri müsadirə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə İran məhkəmə sisteminə bağlı “Mizan News” agentliyi məlumat yayıb.

Hadisə İranın Semnan vilayətində qeydə alınıb.

Bildirilib ki, çərşənbə axşamı vilayət hakimiyyəti “düşmən xarici dövlətlərlə əlaqədə” ittiham olunan 22 nəfərin aktivlərini müsadirə edib.

Saxlanılan şəxslər İsrail və digər ölkələrlə əlaqə saxlamaqda, eləcə də milli təhlükəsizlik əleyhinə fəaliyyətdə ittiham olunurlar.

Məlumata əsasən, onların bank hesabları, əmlakı və maliyyə fəaliyyəti müəyyən edilərək dondurulub.

İşlə bağlı araşdırmanın davam etdiyi bildirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO