Tramp: “Zelenskini bəyənirəm” – VİDEO

Tramp: “Zelenskini bəyənirəm” – VİDEO

Hazırda oxunan: Tramp: “Zelenskini bəyənirəm” – VİDEO
611284
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ Prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenski ilə bağlı diqqətçəkən açıqlama verib.

Bizim.Media xəbər verir ki, o, “Salem News Channel”a müsahibəsində Zelenskini “çətin insan” kimi xarakterizə etsə də, ona simpatiya bəslədiyini gizlətməyib.

Tramp bildirib ki, Ukraynadakı müharibə həm Ukrayna, həm də Rusiya üçün ağır itkilərlə müşayiət olunur:

“Biz nizamlanmaya nail olmaq istəyirik. Onlar ərazilər itirirlər, amma bu, həm Rusiya, həm də onların özləri üçün baha başa gəlir”.

ABŞ Prezidenti əlavə edib ki, Zelenski ilə münasibətləri ümumilikdə yaxşı olub, lakin 2025-ci il fevralın 28-də Ağ Evdə baş verən görüş zamanı gərginlik yaşanıb:

“Mən Zelenskini bəyənirəm. Həmişə onunla dil tapmışam. Sadəcə, Ağ Evdə, Oval kabinetdə baş verən həmin görüş bir qədər aqressiv oldu”.

Tramp ukraynalıların döyüş qabiliyyətini də yüksək qiymətləndirib:

“Onlar döyüşürlər. Texnikaların yaxşı olub-olmamasından asılı olmayaraq, döyüşməyi bacarırlar”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO