Türkiyənin sabiq daxili işlər naziri, millət vəkili Süleyman Soylu qatıldığı televiziya proqramlarının birində sensasiya sayılacaq açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, keçmiş nazir 2028-ci ildə siyasi fəaliyyətinə son qoyacağını bildirib:
"Deputat kimi səlahiyyət müddətim iki il sonra başa çatacaq. Bir daha seçkilərdə iştirak etməyəcəyəm. 2028-ci ildən sonra evimdə oturub Allaha sığınacağam".
Sıravi deputat olduğunu xatırladan Süleyman Soylu sözlərinə belə davam edib: "Həftədə bir gün parlamentin iclaslarına qatılıram. Türkiyə Boyük Millət Məclisində vəzifə tutmadığım üçün hər gün işə getmək məcburiyyətində deyiləm".
Həftədə bir gün işə gedən Süleyman Soylunun aylıq qazancı hamını təəccübləndirib. Məlum olub ki, o, millət vəkili kimi ayda 273 min 196 lirə maaş və 177 658 lirə pensiya alır.
Sosial şəbəkə istifadəçiləri ayda 4 gün işləyib 450 min 854 lirə (təxminən 17 500 AZN) qazanan deputata bəxtəvərlik veriblər. (Metbuat.az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:50 / 05.05.2026
Həftədə 1 gün işləyir, ayda 450 min alır
Hazırda oxunan: Həftədə 1 gün işləyir, ayda 450 min alır
Hazırda oxunan: Həftədə 1 gün işləyir, ayda 450 min alır
611202
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































