İrandan Pakistana benzini belə daşıyırlar – ANBAAN VİDEO

İrandan Pakistana benzini belə daşıyırlar – ANBAAN VİDEO

Hazırda oxunan: İrandan Pakistana benzini belə daşıyırlar – ANBAAN VİDEO

611051

İran-Pakistan sərhədində yanacaq qaçaqmalçılığı ilə bağlı genişmiqyaslı hərəkətlilik qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Khabar Online nəşri məlumat yayıb.

Məlumata görə, sosial şəbəkələrdə yayılan görüntülərin İran-Pakistan sərhədinə aid olduğu bildirilir. Kadrlarda İran yanacağının Pakistana doğru aparıldığı böyük karvanın hərəkət etdiyi görünür.

İddialara əsasən, hadisə sərhədyanı Pirkor şəhəri yaxınlığında qeydə alınıb. Minlərlə insanın yanacağı İran ərazisindən Pakistan istiqamətinə daşıdığı bildirilir.

Qeyd olunur ki, əvvəllər İran İslam İnqilabı Keşikçiləri Korpusu bu cür qaçaqmalçılıq sxemlərinin qarşısını daha sərt şəkildə alırdı. Lakin mənbələrin iddiasına görə, son vaxtlar sərhəd nəzarəti xeyli zəifləyib.
 

İran mediası yazır ki, mümkün səbəblərdən biri ölkədə neft anbarlarının dolmasıdır. Bildirilir ki, yanacağın qeyri-qanuni yollarla ölkədən çıxarılması artıq ehtiyatların qismən boşaldılmasına şərait yaradır.


Khabar Online isə yayılan görüntülərin “İrandan Pakistana doğru hərəkət edən böyük yanacaq qaçaqmalçılığı karvanına aid olduğu”nun deyildiyini bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO