ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

Hazırda oxunan: ABŞ-da Trampın adı ilə bağlı 12 layihə və məkan var

610919

ABŞ Prezidenti Donald Tramp administrasiyası dövlət obyektləri, proqramlar və təşəbbüslərdə prezidentin adı və obrazından daha fəal istifadə etməyə başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Telekanalın məlumatına görə, hazırda Trampın adı ilə bağlı ən azı 12 layihə və məkan var.

Bunlar arasında Vaşinqtondakı Kennedi Mərkəzinin “Trump Kennedy Center” adlandırılması, ABŞ Sülh İnstitutunun adında Trampın ismindən istifadə olunması, həmçinin ölkənin müstəqilliyinin 250 illiyi münasibətilə hazırlanacaq pasport dizaynında onun təsvirinin yer alması göstərilir.
 

Bundan başqa, administrasiya uşaqlar üçün federal yığım hesabları olan “Trump Accounts” və dərmanlara endirim proqramı “TrumpRx” təşəbbüslərini də irəli sürür.


Trampın adı xatirə sikkələri, yeni dollar əsginasları və hərbi gəmi layihələri ilə də əlaqələndirilir. Hətta yeni hərbi gəmi sinfinə “Trump-class” adının verilməsi təklif olunur.

NBC News yazır ki, Trampın portretləri ABŞ milli parklarına giriş kartlarında da istifadə edilməyə başlayıb. Vaşinqtondakı bəzi federal binaların üzərində isə onun iri bannerləri yerləşdirilib.

Bundan əlavə, ABŞ-ın 250 illiyi münasibətilə paytaxtda “Arc de Trump” və ya “Independence Arch” kimi tanınan böyük zəfər tağının tikintisi layihəsi də müzakirə olunur.

Telekanal qeyd edir ki, ABŞ tarixində və müasir siyasi ənənəsində fəaliyyətdə olan prezidentin adının dövlət təşəbbüslərində və rəmzlərində bu miqyasda istifadə olunması presedentsiz haldır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO