KİV: Pezeşkian Əraqçini vəzifəsindən azad etmək istəyir

KİV: Pezeşkian Əraqçini vəzifəsindən azad etmək istəyir

Hazırda oxunan: KİV: Pezeşkian Əraqçini vəzifəsindən azad etmək istəyir

610497

İranda siyasi rəhbərlik daxilində xarici siyasət məsələləri ətrafında gərginlik artmaqdadır.

Bizim.Media xəbər verir ki, bu barədə “Iran International” nəşri yazıb.

Məlumata görə, İran prezidenti Məsud Pezeşkian və parlament sədri Məhəmməd Baqer Qalibaf ölkənin xarici işlər naziri Abbas Əraqçinin vəzifədən uzaqlaşdırılmasına çalışır.

Məlumatda bildirilir ki, Əraqçi ABŞ-la aparılan danışıqlarda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı Əhməd Vahidinin göstərişlərinə uyğun hərəkət etməkdə ittiham olunur. İddiaya görə, bu proseslər barədə siyasi rəhbərlik tam məlumatlandırılmayıb.
 

Mənbələrin sözlərinə görə, son iki həftə ərzində Əraqçi Vahidi ilə sıx koordinasiyada fəaliyyət göstərib və bu, prezident Pezeşkianın narazılığına səbəb olub. Bildirilir ki, dövlət başçısı ətrafına belə vəziyyət davam edərsə, xarici işlər nazirini vəzifədən azad edəcəyini deyib.


Qeyd edək ki, məsələ ilə bağlı İran rəsmilərindən hələlik rəsmi açıqlama verilməyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO