Yaponiyada küçədə başqasına məxsus pul kisəsini tapan və bu barədə polisə məlumat verməyən yaşlı qadın saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Japan Today məlumat yayıb.
Hadisə Tottori prefekturasının Misasa qəsəbəsində baş verib.
Polisin məlumatına görə, 71 yaşlı qadın aprelin 26-da səhər saatlarında küçədə pul kisəsi tapıb. Pul kisəsinin daha əvvəl 60 yaşlı kişinin cibindən düşdüyü bildirilir.
Kisənin içində 37 min yen məbləğində nağd pul olub.
Qadın pul kisəsini götürsə də, sahibinin tapılması üçün polisə müraciət etməyib.
Hadisədən sonra polisə zəng edən şəxs yaşlı qadının səkidən başqasına məxsus əşyanı götürdüyünü gördüyünü bildirib.
Hüquq-mühafizə orqanları müşahidə kameralarının görüntüləri əsasında qadının kimliyini müəyyənləşdirərək onu saxlayıblar.
Pensiyaçını hansı cəzanın gözlədiyi hələlik açıqlanmır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:47 / 30.04.2026
Küçədə pul kisəsi tapdı – HƏBS EDİLDİ
Hazırda oxunan: Küçədə pul kisəsi tapdı – HƏBS EDİLDİ
Hazırda oxunan: Küçədə pul kisəsi tapdı – HƏBS EDİLDİ
610351
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































