Ukraynadan Perm şəhərinə DRON HÜCUMU - VİDEO

Ukraynadan Perm şəhərinə DRON HÜCUMU - VİDEO

Hazırda oxunan: Ukraynadan Perm şəhərinə DRON HÜCUMU - VİDEO

610287

Rusiyanın Perm şəhərinin PUA hücumuna məruz qaldığı bildirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Məlumata görə, şəhər üzərində bir neçə partlayış səsi eşidilib. Yerli kanallar minimum hündürlükdə uçan iki pilotsuz uçuş aparatının qeydə alındığını yazıblar.

Permdə bir neçə dəfə hava həyəcanı siqnalı verilib. Bəzi məktəblərin təxliyə olunduğu bildirilir.

Bundan əvvəl yerli sakinlər şəhərdə yerdə partlayış baş verdiyini yazıblar. Bundan sonra səsgücləndiricilər vasitəsilə “təhlükəli maddə sızması” ilə bağlı xəbərdarlıq edildiyi qeyd olunub.

Rəsmi qurumlar hələlik hadisə ilə bağlı açıqlama verməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO