ABŞ İranla əlaqəli yarım milyard dollara yaxın kriptovalyuta aktivini ələ keçirdiyini bildirib.
Bizim.Media xəbər verir ki, bunu ABŞ maliyyə naziri Skott Bessent “Fox News”a müsahibəsində deyib.
Onun sözlərinə görə, Vaşinqton İranla bağlı kriptovalyuta aktivlərinin təxminən 350 milyon dollarını ələ keçirib. Bundan əvvəl əldə edilən daha 100 milyon dollar da nəzərə alınanda ümumi məbləğ yarım milyard dollara yaxınlaşır.
Bessent qeyd edib ki, bu addımlar ABŞ-ın İrana qarşı iqtisadi təzyiq kampaniyası çərçivəsində həyata keçirilir.
Daha əvvəl ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli bir neçə kriptovalyuta pul kisəsinə sanksiya tətbiq etdiyini və 344 milyon dollar dəyərində rəqəmsal aktivin dondurulduğunu açıqlamışdı. Nazirlik bu tədbirlərin Tehranın pul vəsaitləri yaratmaq, köçürmək və geri qaytarmaq imkanlarını məhdudlaşdırmağa yönəldiyini bildirib.
ABŞ administrasiyası iddia edir ki, bu vəsaitlər İranın maliyyə şəbəkələri ilə əlaqəli olub və sanksiyalardan yayınmaq üçün istifadə edilə bilərdi.
Qeyd edək ki, Vaşinqton son həftələrdə İranın neft ixracı, bank əməliyyatları və kriptovalyuta dövriyyəsinə qarşı təzyiqləri artırıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:22 / 30.04.2026
ABŞ İranın 450 milyon dollarlıq kriptovalyutasını ələ keçirdi
Hazırda oxunan: ABŞ İranın 450 milyon dollarlıq kriptovalyutasını ələ keçirdi
Hazırda oxunan: ABŞ İranın 450 milyon dollarlıq kriptovalyutasını ələ keçirdi
610268
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































