Solovyov Viktoriya Bonyadan üzr istədi – VİDEO

Solovyov Viktoriya Bonyadan üzr istədi – VİDEO

Hazırda oxunan: Solovyov Viktoriya Bonyadan üzr istədi – VİDEO

609936

Rusiyalı teleaparıcı Vladimir Solovyov bloger Viktoriya Bonya haqqında səsləndirdiyi fikirlərə görə ondan üzr istəyib.

Bizim.Media xəbər verir ki, o, "Solovyov LIVE" verilişində Viktoriya Bonya haqqında dediyi sözlərdən sonra haqsız olduğunu və həddindən artıq emosionallığını etiraf edib.

"Bəli, əlbəttə ki, üzr istəməliyəm. Əlbəttə ki, çox emosional idim", - deyə aparıcı bildirib.

O, canlı yayım zamanı sözlərində daha diqqətli olmalı olduğunu qeyd edib.

Qeyd edək ki, Viktoriya Bonya bu yaxınlarda sosial şəbəkə vasitəsilə Rusiya Prezidenti Vladimir Putinə videomüraciət yayımlamışdı.

Müraciətdə o, internet məhdudiyyətlərini, Dağıstandakı daşqınlardan sonra rəsmilərin hərəkətsizliyini və ölkədəki bir sıra problemə toxunaraq tənqid edib.

Bir neçə gün sonra isə V.Solovyov öz verilişində Viktoriya Bonyanı səsləndirdiyi tənqidi fikirlərinə görə təhqir edib.

O, həmçinin İstintaq Komitəsindən, Ədliyyə Nazirliyindən və Baş Prokurorluqdan onun ifadələrinə hüquqi qiymət vermələrini tələb edib.

Xatırladaq ki, Solovyov öz verilişində İtaliyanın Baş naziri Corciya Meloni haqqında da təhqiramiz fikirlər səsləndirmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO