Festival zamanı attraksionda qəza: 4 nəfər xəsarət aldı - VİDEO

Festival zamanı attraksionda qəza: 4 nəfər xəsarət aldı - VİDEO

Hazırda oxunan: Festival zamanı attraksionda qəza: 4 nəfər xəsarət aldı - VİDEO

609380

İspaniyanın Sevilya şəhərində festival zamanı attraksionda qəza baş verib.

Bizim.Media xəbər verir ki, insident insanları 90 metrədək hündürlüyə qaldıran “katapult” attraksionunda qeydə alınıb.

Məlumata görə, trosun qırıldığı anda içərisində sərnişinlərin olduğu kapsul havada olub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2-si xəstəxanaya yerləşdirilib, daha 2 nəfərə isə hadisə yerində tibbi yardım göstərilib. Xəsarət alanların ciddi travma almadığı bildirilir.

Qəzadan sonra attraksionun fəaliyyəti dayandırılıb. Hadisənin səbəbləri araşdırılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO