Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!

Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!

Hazırda oxunan: Rusiyadan xəbərdarlıq: Bu Avropa ölkəsinə zərbə endirəcəyik!

609041

“Rusiya hərbçiləri mümkün ciddi münaqişə halında prioritet hədəflər siyahısını yenidən nəzərdən keçirərkən Fransanın nüvə silahını Avropanın nüvəsiz ölkələrinin ərazisində yerləşdirmək niyyətini nəzərə alacaqlar”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Qruşko “RIA Novosti” agentliyinə müsahibəsində deyib.

Diplomat Parisin Fransaya məxsus nüvə qüvvələrinin Avropada nüvə silahına malik olmayan ölkələrdə yerləşdirilə biləcəyi ilə bağlı açıqlamasına diqqət çəkib.

Onun sözlərinə görə, bu qüvvələr həmin ölkələrin ərazisində yerləşdirildiyi halda belə, operativ fəaliyyətlərini davam etdirə biləcəklər.
 

“Bu məqamın ciddi münaqişə halında prioritet hədəflər siyahısının yenilənməsi kontekstində hərbçilərimiz tərəfindən xüsusi diqqətlə nəzərdən keçiriləcəyi aydındır”, – deyə Qruşko bildirib.


Qeyd edək ki, mart ayında Fransa prezidenti Emmanuel Macron nüvə çəkindirmə siyasətinə dair çıxışında yeni təhdidlər fonunda doktrinanın sərtləşdirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin Parisin malik olduğu nüvə silahlarının sayının artırılması barədə göstəriş verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO