İsrail və Livan arasında atəşkəs üç həftə UZADILACAQ – FOTO

İsrail və Livan arasında atəşkəs üç həftə UZADILACAQ – FOTO

Hazırda oxunan: İsrail və Livan arasında atəşkəs üç həftə UZADILACAQ – FOTO

609039

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens, Dövlət katibi Marko Rubio, ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi və Livandakı səfiri Mişel İssa bu gün Oval Ofisdə İsrail və Livanın yüksəkvəzifəli nümayəndələri ilə görüşüblər. 

Bizim.Media xəbər verir ki, bu barədə Donald Tramp “Truth” sosial mediasında yazıb. 

O, görüşün çox yaxşı keçdiyini bildirib.
 

“Amerika Birləşmiş Ştatları Livanın “Hizbullah”dan qorunmasına kömək etmək üçün onunla əməkdaşlıq edəcək. İsrail və Livan arasındakı atəşkəs üç həftə uzadılacaq. Yaxın gələcəkdə İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunu qəbul etməyi səbirsizliklə gözləyirəm. Bu tarixi görüşdə iştirak etmək böyük şərəf olar”, - deyə Tramp əlavə edib.


Xatırladaq ki, İsrail və Livan aprelin 16-da 10 günlük atəşkəslə bağlı razılığa gəlmişdi.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO