TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

Hazırda oxunan: TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

609025

ABŞ Prezidenti Donald Trampın Ağ Evdə keçiriləcək birbaşa İsrail-Livan danışıqlarına qoşulacağı gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadən məlumat yayıb.

Amerikalı rəsminin sözlərinə görə, Tramp həmçinin öz ölkələrini təmsil edən İsrail və Livan səfirləri — Yehiel Leyter və Nada Hamade Moavadı danışıqlara gəlişləri zamanı onları şəxsən qarşılamaq niyyətindədir.
 

Görüşün bir hissəsində ABŞ Dövlət katibi Marko Rubio da iştirak edəcək. Bundan əlavə, ABŞ-ın İsrail və Livandakı səfirləri Mayk Hakabi və Mişel İssa, həmçinin Dövlət Departamentinin müşaviri Maykl Nidhem Amerika nümayəndə heyətinin tərkibinə daxil ediliblər.


İsrail və Livan arasındakı münaqişənin nizamlanması üzrə danışıqlar aprelin 14-də ABŞ Dövlət Departamentində başlayıb.

Aprelin 16-da Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində Livan Prezidenti Mişel Aun və İsrail Baş naziri Benyamin Netanyahu ilə danışıqlar apardığını bildirib. Onun sözlərinə görə, nəticədə bu dövlətlər arasında 10 günlük atəşkəs barədə razılıq əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO