ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqton İranla sazişin imzalanması məsələsində Tehrana təzyiq göstərmir və bu proseslə bağlı konkret vaxt çərçivəsi yoxdur.
Bizim.Media xəbər verir ki, o, bu barədə Fox News-a müsahibəsində danışıb.
“Bunun üçün heç bir vaxt təzyiqi yoxdur”, - deyə Tramp bildirib.
Onun sözlərinə görə, “üç-beş günlük pəncərə” ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
“Bəziləri deyir ki, mən bunu Konqresə aralıq seçkilərinə görə tez bitirmək istəyirəm. Bu, doğru deyil”, - deyə ABŞ prezidenti vurğulayıb.
Tramp əlavə edib ki, ABŞ administrasiyası Amerika xalqı üçün sərfəli saziş bağlamaq istəyir.
O, həmçinin hesab edir ki, ABŞ-ın İran limanlarına tətbiq etdiyi dəniz blokadası Tehranı bombardmandan daha çox qorxudur.
“Onları illərlə bombalayıblar, amma blokadaya nifrət edirlər”, - deyə Tramp bildirib.
ABŞ prezidenti müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçını da ağıllı insan kimi xarakterizə edib və danışıqlar bərpa olunanda onun yenə belə qalacağını gözlədiyini söyləyib.
Xatırladaq ki, bundan əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt də İranla atəşkəsin müddətinin sərt olmadığını, yekun vaxtı Donald Trampın müəyyən edəcəyini açıqlamışdı.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:10 / 23.04.2026
Tramp: “İranla saziş məsələsində tələsmirik”
Hazırda oxunan: Tramp: “İranla saziş məsələsində tələsmirik”
Hazırda oxunan: Tramp: “İranla saziş məsələsində tələsmirik”
608805
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































