Argentina prezidenti Xavyer Miley İsrailin Müstəqillik Günü münasibətilə keçiriləcək mərasimin baş məşqi zamanı gözlənilmədən səhnəyə çıxaraq diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, mərasimdə məşəl yandırmaq üçün məşqə qatılan Miley proqram çərçivəsində onun şərəfinə daxil edilən “Libre” (“Azad”) mahnısını ifa edən sənətçilərə qoşulub və mahnını özü səsləndirib.
Planlaşdırılmamış bu çıxış improvizə xarakteri daşıyıb.
Kadrlardan görünür ki, mərasimin rejissoru Şimon Deri bir anlıq çaşqınlıq keçirərək prezidenti nəzərdə tutulan yerə yönləndirməyə çalışıb.
Zalda prosesi izləyən İsrailin baş naziri Binyamin Netanyahu da baş verənlərə təəccübünü gizlədə bilməyib.
Qeyd edək ki, Miley bu mahnını daha əvvəl də səhnədə ifa edib. O, xüsusilə Argentinada keçirilən rok konsertində minlərlə tamaşaçı qarşısında “Libre”ni səsləndirmişdi.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:04 / 22.04.2026
Argentina Prezidenti səhnəyə çıxıb, Netanyahu üçün mahnı oxudu – VİDEO
Hazırda oxunan: Argentina Prezidenti səhnəyə çıxıb, Netanyahu üçün mahnı oxudu – VİDEO
Hazırda oxunan: Argentina Prezidenti səhnəyə çıxıb, Netanyahu üçün mahnı oxudu – VİDEO
608565
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































