İtaliyada Viçenza əyalətinin şimalında yerləşən on bələdiyyədən ibarət birlik dağlıq ərazilərə həyat vermək və əhali axınının qarşısını almaq məqsədilə köhnəlmiş əmlakları simvolik olaraq 1 avroya satışa çıxarıb.
Bizim.Media xəbər verir ki, buu barədə “leggo.it” xəbər dərc edib.
“Pasubio Piccole Dolomiti” Dağ İcma Birliyi "Pnrr Green Communities” proqramının bir hissəsi olaraq yenidənqurma planı başladıb. Ərizə qəbulunun son tarixi 16 apreldə başa çatsa da, rəqəmlər təşəbbüsə olan böyük marağı təsdiqləyib.
Birliyin ofisi 78 rəsmi alış təklifi alıb ki, bunlardan doqquzu xaricdən, beşi isə İtaliyada yaşayan xarici vətəndaşlardan olub. Əvvəlcə boş kimi göstərilən 385 əmlakdan 24-ü bazara daxil olub.
Nəşrin məlumatına görə, əsas məqsəd insanları müasirlik və rahatlıq axtarışında tərk edilmiş yerlərə qaytarmaqdır. Köhnəlmiş mənzillərə investisiya qoymaq istəyən alıcıların son siyahısı may ayının əvvəlində açıqlanacaq.
Bizim.Media






































































































