“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

“Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

Hazırda oxunan: “Pezeşkian ilə konstruktiv söhbət etdim” - Şahbaz Şərif

608105

“Bu axşam Prezident Məsud Pezeşkian ilə dəyişən regional vəziyyətlə bağlı isti və konstruktiv söhbət etdim”.

Bizim.Media xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif öz “X” hesabında yazıb.

“İranın iştirakını, o cümlədən tarixi danışıqlar üçün İslamabada yüksək səviyyəli nümayəndə heyətinin göndərilməsini və Tehranda feldmarşal Asim Munirlə apardığı son müzakirələri yüksək qiymətləndirdim. Həmçinin Səudiyyə Ərəbistanı, Qətər və Türkiyə liderləri ilə son görüşlərimdən əldə etdiyim fikirləri bölüşdüm.

Onu əmin etdim ki, dostlarının və tərəfdaşlarının dəstəyi ilə Pakistan davamlı sülhün və regional sabitliyin dürüst və səmimi vasitəçisi kimi öz roluna tam sadiqdir”, - hökumət başçısı əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO