Lukaşenko: "Mən ölməzdən əvvəl Belarusda yeni lider ortaya çıxacaq"

Lukaşenko: "Mən ölməzdən əvvəl Belarusda yeni lider ortaya çıxacaq"

Hazırda oxunan: Lukaşenko: "Mən ölməzdən əvvəl Belarusda yeni lider ortaya çıxacaq"

608066

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkənin yeni rəhbəri onun həyatdan getməsindən xeyli əvvəl ortaya çıxacaq.

Bizim.Media xəbər verir ki, o bu fikirləri RT telekanalının aparıcısı Riki Sançesə müsahibəsində səsləndirib.

"Hesab edirəm ki, mən bu dünyadan getməzdən çox əvvəl burada normal bir insan işləyəcək. Bizdə çoxlu yaxşı, bacarıqlı insanlar var", - deyə A.Lukaşenko qeyd edib.

Onun sözlərinə görə, hətta hipotetik diktatura şəraitində belə yeni dövlət başçısı meydana çıxardı.
 

"Əgər mən hakimiyyəti uzun müddət saxlayacaq qədər diktatoramsa, hər halda nə vaxtsa dünyamı dəyişəcəyəm və burada başqa bir lider olacaq. Bu, sonuncu variantdır. Lakin belə olmayacaq. Bu, Belarus xalqının qərarıdır. O necə qərar verərsə, elə də olacaq", - deyə prezident vurğulayıb.


Dövlət başçısı xatırladıb ki, Belarusda ilk prezident seçkisində - 1994-cü ildə o, 80,3 faiz səs toplayıb.

"Bu, Belarus xalqının qərarı idi. Xalq divar kimi mənim arxamda dayanmışdı", - deyə o bildirib.

A.Lukaşenko əlavə edib ki, xalqın iradəsinə uyğun olaraq seçilmiş yolla getməyə hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO