Roma Papası Leo XIV ABŞ Prezidenti Donald Trampla mübahisəyə girməyi planlaşdırmadığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Pontifik qeyd edib ki, Ağ Evin rəhbərinin onun ünvanına sərt ifadələr işlətməsinə baxmayaraq, belə bir qarşıdurma onun maraqlarına uyğun deyil.
Papa Leo XIV həmçinin son günlər səsləndirdiyi “bir ovuc tiran” ifadəsinin Donald Trampa yönəlmədiyini vurğulayıb.
“Belə alındı ki, buna sanki prezidentlə mübahisə etməyə çalışırmışam kimi baxdılar. Halbuki bu, qətiyyən mənim marağıma uyğun deyil”, - deyə pontifik jurnalistlərə bildirib.
Bununla yanaşı, Leo XIV bundan sonra da sülh haqqında danışacağını və barışığa çağırış edəcəyini qeyd edib.
Pontifik əlavə edib ki, onun mövqeyi ABŞ administrasiyasına qarşı siyasi hücum deyil. Papa bunu İncilin mesajı və kilsənin missiyası ilə əsaslandırdığını bildirib.
Bizim.Media











































































































