Şanlıurfanın Siverek rayonunda yerləşən orta məktəbdə baş verən hadisədə valideyn bıçaqla müəllimə hücum etmək istəyib. Hücum cəhdinin məktəbdə olan polis əməkdaşlarının müdaxiləsi ilə son anda qarşısı alınıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Siverek rayonunun Hacıömer məhəlləsi 19-cu küçəsində yerləşən Dumlupınar orta məktəbində baş verib.
Hadisə zamanı müəllimin xəsarət almadığı bildirilib. Şübhəli valideyn polis tərəfindən saxlanılaraq bölməyə aparılıb. Şanlıurfa valisi Hasan Şıldak da hadisədə yaralanan olmadığını açıqlayıb.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb.
Bizim.Media





























































































